Çərşənbə axşamı, 30 Aprel

Sergey Lavrov: "Qərb keçmiş Sovet respublikaları arasında əlaqələri pozmağa çalışır"

image

Qərbin əsas planı Rusiya ilə MDB ölkələri arasında əməkdaşlığı məhv etməkdir.

Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasının iclasında deyib:

“Qərb həmişə Rusiyadan qorxub. Ona görə də bütün resurslarını və enerjisini anti-Rusiya kampaniyasına yönəldib. Bütün bunların hamısı postsovet məkanında cəmləşib. Onlar keçmiş İttifaq respublikaları arasında əlaqələri pozmağa çalışırlar”. 

Lavrovun sözlərinə görə, Vaşinqton Qərb institutlarının, qeyri-hökumət təşkilatlarının dəstəyindən istifadə edir: “Biz bu barədə müttəfiqlərimizlə açıq danışırıq. Onların böyük əksəriyyəti Qərbin planlarını mükəmməl başa düşür. Amma onlar Qərb dövlətləri ilə mübahisə etmək istəmirlər. Qərb bizə qarşı müharibəyə başlamasaydı, biz də onunla mübahisə etməzdik”.

Rusiya XİN rəhbəri qeyd edib ki, Qərb postsovet məkanı ölkələrinin onilliklər, əsrlər boyu yaranan əlaqələrini dağıtmaq üçün xüsusi plan hazırlayıb: “Bizim əsas səylərimiz bu planı dağıtmağ yönəldilməlidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42